İdman zalından oğurluq edən şəxslər saxlanılıblar
Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb.
Bununla bağlı Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: