Reklam resmi
Reklam resmi

İstanbuldakı qanlı qətlin sirri 12 ildən sonra AÇILDI

Dünya

İstanbulun Bayrampaşa rayonunda 2014-cü ildə qətlə yetirilən xidməti sürücü Gültəkin Yıldırımın (67) ölümü ilə bağlı aparılan istintaqda 12 ildən sonra mühüm irəliləyiş əldə olunub.

Ajans.az Türkiyə mediasına istinadən xəbər veirr ki, İstanbul Polis İdarəsinin Asayiş Şöbəsinin əməkdaşları "soyuq cinayət işləri" çərçivəsində istintaqı yenidən araşdırıblar. Cinayət yerindən götürülən maddi sübutlar üzərində təkrar kriminalistik ekspertiza və DNT analizləri aparılıb.

Araşdırma nəticəsində hadisə yerindən əldə edilən DNT nümunələrinin M.Ö. (58) adlı şəxsə məxsus olduğu müəyyən edilib. İstintaq həmçinin şübhəlinin qətlin törədildiyi gün hadisə yerində olduğunu üzə çıxarıb.

Əməliyyat nəticəsində M.Ö. Muğla vilayətinin Datça rayonunda yerləşən kənd ərazisində saxlanılıb.

Qeyd edək ki, 24 iyun 2014-cü ildə Bayrampaşada xidməti sürücü Gültəkin Yıldırım bıçaqlı hücuma məruz qalmış və aldığı xəsarətlərdən hadisə yerində həyatını itirmişdi.

Bildirilir ki, 12 ildən sonra saxlanılan şübhəli barəsində başlanmış məhkəmə prosesi hazırda davam edir.

напиши более
author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə İstanbul

Digər Xəbərlər