Reklam resmi
Reklam resmi

Tanınmış müğənninin toyundan toplanan zibillər rekord qiymətə satıldı

Dünya

Amerikalı müğənni Teylor Svift və NFL ulduzu Travis Kelcenin Nyu-Yorkda keçirilən toyundan sonra ərazidən toplanan zibillər kolleksiya əşyası kimi satışa çıxarılıb və 24 saatdan az müddətdə tükənib.

Ajans.az xəbər verir ki, qeyri-adi layihənin müəllifi uzun illərdir şəhər zibillərini incəsənət obyektlərinə çevirən Nyu-Yorklu rəssam Castin Giqnak olub. O, toy məkanının yaxınlığında qalan müxtəlif əşyaları toplayaraq onları şəffaf akril qutulara yerləşdirib və "Pocket Trash" ("Cib zibilləri") adı ilə satışa çıxarıb.

Toplanan əşyalar arasında istifadə olunmuş ovulyasiya testi, Ring Pop konfetinin qablaşdırması, tək AirPod qulaqlığı və digər küçə tullantıları olub.

Kiçik ölçülü kolleksiya nümunələri 25 dollara, iri nümunələr isə 100 dollara satışa təqdim edilib. CBS News-un məlumatına görə, ilk satış partiyası 24 saatdan az müddətdə tamamilə satılıb.

Fast Company yazır ki, layihəyə göstərilən böyük maraqdan sonra rəssam tirajı Teylor Sviftin məşhur "1989" albomuna istinad olaraq 89 nüsxəyə çatdırmaq qərarına gəlib.

Bundan başqa, Yahoo Finance-ın məlumatına görə, internetdə "Teylor Sviftin toyundan hava" olduğu iddia edilən paket belə 50 min dollara satışa çıxarılıb.

VICE jurnalına danışan Nyu-York sakinləri isə bu hadisəni "heç nədən pul qazanmaq üçün tipik Nyu-York bacarığı" kimi qiymətləndiriblər.

Qeyd olunur ki, bu hadisə qısa müddətdə dünya mediasının diqqətini cəlb edib və Teylor Sviftin qlobal populyarlığının növbəti nümunəsi kimi dəyərləndirilib. Bir çox nəşrin vurğuladığı kimi, bu gün müğənninin adı belə adi əşyaları pərəstişkarları üçün qiymətli kolleksiya predmetinə çevirə bilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Teylor Svift ABŞ Travis Kelce

Digər Xəbərlər