Qazaxıstan kriptovalyutaları leqallaşdırmağa hazırlaşır
Qazaxıstan hökuməti kriptovalyutaları "kölgə iqtisadiyyatı"ndan çıxarmaq məqsədilə rəqəmsal aktivlərin könüllü şəkildə bəyan edilməsinə imkan verən hüquqi mexanizm yaratmağı planlaşdırır.
Ajans.az xəbər verir ki, bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.
Nazirin sözlərinə görə, əvvəllər kriptovalyuta almış və ya mədənçilik yolu ilə əldə etmiş vətəndaşlar aktivlərini Qazaxıstanın lisenziyalı provayderlərinin tənzimlənən infrastrukturuna köçürmək şərti ilə könüllü şəkildə bəyan edə biləcəklər. Bunun üçün hüquqi mexanizmin 2026-cı ilin sonunadək yaradılması nəzərdə tutulur.
Mövzular: