Reklam resmi
Reklam resmi

Bir yuxu onu ölümdən XİLAS ETDİ

Bir yuxu onu ölümdən XİLAS ETDİ
Dünya

Böyük Britaniya sakini Çelsi Ris yuxusunda sinəsindəki xalın böyüyərək bədxassəli hala gəldiyini gördükdən sonra həkimə müraciət edib. Müayinə nəticəsində ona dəri xərçəngi diaqnozu qoyulub.

Ajans.az xəbər verir ki, bu barədə Terra nəşri məlumat yayıb.

Çelsi Ris bildirib ki, yuxudan böyük narahatlıq hissi ilə oyanıb. Yuxu o qədər real təsir bağışlayıb ki, heç bir narahatedici simptom hiss etməsə də, xəstəxanaya getməyə qərar verib.

Müayinə zamanı həkimlər qadının sinəsindəki xalı şübhəli hesab edərək onu götürüblər. Histoloji analiz nəticəsində həmin xalın bədxassəli olduğu və dəri xərçənginin inkişaf etdiyi müəyyən edilib.

Xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq məqsədilə həkimlər xalın yerləşdiyi nahiyədən əlavə dəri toxumasını da çıxarıblar.Ajans.az

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya dəri xərçəngi

Digər Xəbərlər