Qırğızıstanda məşhur aviaşirkətin lisenziyası ləğv edilib
Qırğızıstanın Mülki Aviasiya Dövlət Agentliyi iyulun 7-də Bişkek hava limanında "Tez Jet" aviaşirkətinə məxsus təyyarə ilə baş vermiş insidentdən sonra şirkətin lisenziyasını ləğv edib.
Ajans.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Bədbəxt hadisədən dərhal sonra Qırğızıstan Respublikasının Mülki Aviasiya Dövlət Agentliyi insidentin başvermə şəraiti ilə bağlı rəsmi araşdırmaya başlayıb. ... Yoxlamanın nəticələrinə əsasən, Qırğızıstan Respublikasının aviasiya qanunvericiliyinin uçuşların təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsir göstərən tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkarlanmış pozuntular əsasında Mülki Aviasiya Dövlət Agentliyi "Tez Jet" aviaşirkətinin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib", – məlumatda bildirilir.
Mövzular: