Azərbaycanın aqrar sektorunda artım qeydə alınıb
Azərbaycanın aqrar sektorunda yanvar-iyun aylarında artım qeydə alınıb.
Ajans.az xəbər verir ki, Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi "2026-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri" adlı hesabatında bildirilir ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 7,085 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.
Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,2 faiz artıb.
Mövzular: