Bakıda ər arvadını qənd qabı ilə DÖYDÜ
Bakının Xəzər rayonunda 30 yaşlı oğlan həyat yoldaşına xəsarət yetirib.
Ajans.az xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib.
1996-cı il təvəllüdlü Əhməd həyat yoldaşı Vüsalə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında baş vermiş mübahisə zəminində masanın üzərindən götürdüyü qənd qabı ilə arvadının sifət nahiyəsindən bir dəfə qəsdən vurub, ona xəsarətlər yetirib.
Faktla bağlı Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Xəzər Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 5.1-ci bəndinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilib. (demokrat)