Aİ Ukrayna və Moldova ilə yeni danışıqlar klasterinin açılmasını təsdiqləyib
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri iyulun 10-u Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı altıncı danışıqlar klasterinin açılmasını razılaşdırıblar.
Ajans.az xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta sosial şəbəkələrdə yazıb.
"Biz daha dayanıqlı bir Avropa qururuq: bu, Ukrayna və Moldovanı Aİ-yə yaxınlaşdıran daha bir addımdır", - Koşta yazıb.
Mövzular: