Rusiya Kramatorsku VURDU
Rusiyanın Donetsk vilayətinin Kramatorsk icmasına endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə Vadim Filaşkin teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında 14 yaşlı yeniyetmə də var.
Məlumata görə, Rusiya qoşunları günorta saatlarında Kramatorsk və Belenkoye yaşayış məntəqələrinə yeddi idarəolunan aviabomba atıb. Bombalardan biri çoxmərtəbəli yaşayış binasına, digəri mağazaya, qalanları isə fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə düşüb.
Hazırda hadisə yerlərində aidiyyəti xidmətlər fəaliyyət göstərir, yaralananlara tibbi yardım göstərilir.
Mövzular: