Qəzza planı üzrə "yol xəritəsi" dərc olundu
Qəzza zolağı üzrə yeni yol xəritəsi ictimaiyyətə təqdim olunub.
Ajans.az xəbər verir ki, bu barədə ordomundi.ru məlumat yayıb.
Sənəd polis əməkdaşlarının hərtərəfli yoxlanışını, silahların Qəzzanın İdarəedilməsi üzrə Milli Komitəyə (QİMK) verilməsini, İsrail ordusunun geri çəkilməsini və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Eyni zamanda, bu plan silahsızlaşdırma prosesini, infrastrukturun bərpasını və Fələstinin öz müqəddəratını təyin etməsi üçün zəruri şəraitin yaradılmasını tənzimləyir.
Mövzular: