"Nyukasl" baş məşqçi Eddi Hou ilə yollarını ayırdı
İngiltərənin "Nyukasl" futbol klubu baş məşqçi Eddi Hounun vəzifəsindən ayrıldığını açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Jurnalist Fabritsio Romanonun məlumatına görə, "Nyukasl"a yeni baş məşqçi kimi almaniyalı Mattias Yayssle təyin olunacaq.
Qeyd edək ki, 48 yaşlı Eddi Hou 2021-ci ilin noyabrında "Nyukasl"ın baş məşqçisi təyin edilmişdi.
Mövzular: