Maaş və pensiyalarla bağlı YENİ DƏYİŞİKLİKLƏR...
Azərbaycanda maaş və pensiya kartlarından istifadə ilə bağlı yeni dəyişikliklər hazırlanır.
Ajans.az xəbər verir ki, AzTV-yə müsahibəsində çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və yeniliklərin sentyabr-oktyabr aylarında təqdim edilməsi planlaşdırılır.
“Sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmaları təqdim edəcəyik.”
Onun sözlərinə görə, əsas məqsəd banklar arasında rəqabəti gücləndirmək və vətəndaşların bank xidmətlərinə çıxış imkanlarını genişləndirməkdir.
T.Kazımov qeyd edib ki, hazırda Mərkəzi Bank bu istiqamətdə texniki və hüquqi hazırlıq işlərini davam etdirir.
Mərkəzi Bank sədrinin sözlərinə görə, yeni yanaşmaların tətbiqi ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.
Mövzular: