Cəbi Quliyevə yüksək vəzifə verildi
Cəbi Quliyev Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktorunun müavini təyin edilib.
Ajans.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, C.Quliyev həmçinin Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı olub.
Mövzular: