Reklam resmi
Reklam resmi

"Airbus" xalis mənfəətini iki dəfədən çox artırıb 

\"Airbus\" xalis mənfəətini iki dəfədən çox artırıb 
Dünya

Avropanın aerokosmik korporasiyası "Airbus SE" 2026-cı ilin ikinci rübündə xalis mənfəətini illik müqayisədə iki dəfədən çox artırıb, gəlirləri isə 28 faiz yüksəlib.

Ajans.az xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, hesabat dövründə xalis mənfəət 732 milyon avrodan 1,66 milyard avroya yüksəlib.

Düzəliş edilmiş EBIT (faiz və vergilərdən əvvəl mənfəət) 1,5 dəfə artaraq 2,43 milyard avro təşkil edib. Şirkətin rüblük gəlirləri isə ötən ilin eyni dövründəki 16,07 milyard avrodan 20,53 milyard avroya çatıb.

Mövzular:
Airbus Avropa aerokosmik korporasiya

Digər Xəbərlər