Reklam resmi
Reklam resmi

Wildberries anbarları YENİDƏN VURULDU

Wildberries anbarları YENİDƏN VURULDU
Dünya

Ukrayna dronları iyulun 30-na keçən gecə Rusiyanın Penza vilayətində və Udmurtiya Respublikasında yerləşən Wildberries marketplace-in logistika anbarlarına hücum edib.

Ajans.az xəbər verir ki, bu barədə şirkət özü açıqlama verib.

Məlumata əsasən, Penza vilayətində və Udmurtiyanın Sarapul şəhəri yaxınlığındakı Mastinovka kəndində yerləşən Wildberries logistika mərkəzlərində hücum nəticəsində yanğın baş verib.

Şirkət bildirib ki, hava hücumu xəbərdarlığı elan edildikdən sonra hər iki anbarın əməkdaşları təxliyə olunub. Penza yaxınlığındakı logistika mərkəzinə edilən hücum zamanı bir nəfər xəsarət alıb. İlkin məlumata görə, Sarapuldakı hücum nəticəsində ölən və ya yaralanan olmayıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi iyulun 30-na keçən gecə ölkənin müxtəlif bölgələri, Krım, Azov və Qara dəniz üzərində ümumilikdə 258 Ukrayna pilotsuz uçuş aparatının hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Rusiya

Digər Xəbərlər