Rusiyada illik inflyasiya 6%-ə yaxınlaşıb
Rusiyada illik inflyasiya iyulun 27-nə olan vəziyyətə görə 5,94% təşkil edib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin həftəlik icmalında bildirilib.
Məlumata əsasən, iyulun 21–27-si arasında istehlak qiymətlərinin artım tempi 0,04%-ə qədər zəifləyib. Həmin dövrdə ərzaq məhsullarının qiymətləri isə 0,17% artıb.
Mövzular: