Reklam resmi
Reklam resmi

Kredit faizi necə FORMALAŞIR?- SƏDR AÇIQLADI

Kredit faizi necə FORMALAŞIR?- SƏDR AÇIQLADI
İqtisadiyyat

AzTV-yə müsahibəsində danışan sədr bildirib ki, Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir.

Ajans.az xəbər verir ki, onun sözlərinə görə, kredit faizləri ilk növbədə bankların vəsaiti hansı faizlə cəlb etməsindən, əməliyyat xərclərindən, kredit riskindən və bankın marjasından asılı olaraq formalaşır:

"Biz Mərkəzi Bank olaraq kredit faizlərini administrativ qaydada idarə etmirik. Kredit üzrə faizlər bazarda formalaşmalıdır."

T.Kazımov qeyd edib ki, Mərkəzi Bank yalnız uçot dərəcəsi vasitəsilə pulun maya dəyərinə təsir göstərir:

"Biz uçot dərəcəsi vasitəsilə pulun maya dəyərinə təsir edirik. Bu da son nəticədə kredit faizlərinə təsir göstərir."

Mərkəzi Bank sədri əlavə edib ki, hazırda bankların cəlb etdiyi vəsaitin orta maya dəyəri təxminən 9 faiz təşkil edir. Bunun üzərinə əməliyyat xərcləri, kredit riski və bankın mənfəəti əlavə olunduğundan kredit faizləri iki rəqəmli səviyyədə formalaşır.

O vurğulayıb ki, son illərin təhlilləri kredit faizlərində 3-4 faizlik dəyişikliklərin kreditləşmənin həcminə ciddi təsir göstərmədiyini göstərir.

Sədrin sözlərinə görə, Mərkəzi Bank üçün əsas çağırışlardan biri bank sektorunda rəqabətin artırılmasıdır. Bu məqsədlə sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmaların tətbiqi nəzərdə tutulur:

"Rəqabəti artırmalıyıq. Sentyabr-oktyabr aylarında xüsusilə maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq edəcəyik."

Mələksəda Ziyad

Mövzular:
Kredit faizi Mərkəzi Bank

Digər Xəbərlər