Reklam resmi
Reklam resmi

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur

Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Cəmiyyət

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. 1-ci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Mövzular:
Bakı Daxili İşlər Nazirliyi

Digər Xəbərlər