Reklam resmi
Reklam resmi

30 ildən çoxdur qaz üzünə həsrət qalan sakinlər: "Gilas ağacını kəsib yandırırıq"

30 ildən çoxdur qaz üzünə həsrət qalan sakinlər: \"Gilas ağacını kəsib yandırırıq\"
Cəmiyyət

Qəbələ rayonunun Tövlə kəndində sakinlər 1994-cü ildən bəri təbii qazın olmamasından əziyyət çəkdiklərini bildirirlər.

Ajans.az xəbər verir ki, onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyədək öz həllini tapmayıb.

"Qazımız yoxdur. Meşədə odun qırmağa qoymurlar. Bizim kəndə mütləq qaz lazımdır. Həyətimizdəki gilas ağacını kəsib yandırırıq ki, qışı keçirə bilək", - sakinlərdən biri söyləyib.

Mövzular:
Qəbələ Tövlə Qaz Meşə

Digər Xəbərlər