Sibiqa və Əraqçi arasında telefon danışığı baş tutub
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı apardığını açıqlayıb.
Ajans.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
Sibiqa bildirib ki, iranlı həmkarı ilə söhbətində diplomatiyanın ən çətin şəraitdə belə birbaşa dialoqdan başladığını vurğulayıb. O, əsas məqsədin gərginliyin daha da artmasının qarşısını almaq olduğunu qeyd edib.
Nazirin sözlərinə görə, Ukraynanın bütün addımları yalnız ölkəsini Rusiyanın təcavüzündən müdafiə etməyə yönəlib və heç vaxt mülki gəmiləri və ya dinc insanları hədəf almaq məqsədi daşımayıb.
Mövzular: