Trampla Netanyahu arasında görüş keçirilib
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə görüş keçirilib.
Ajans.az xəbər verir ki, görüş mediaya qapalı olub və təxminən 1,5 saat davam edib.
Görüşdə Amerika tərəfini ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff təmsil edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livit görüşün pozitiv və məhsuldar keçdiyini açıqlayıb.
Mövzular: