İpotekası olanların NƏZƏRİNƏ: Dəyişiklik OLACAQ
Güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarında yeni dəyişikliklərin edilməsi gözlənilir.
Ajans.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.
Bildirilir ki, kreditlərə çıxışın daha da asanlaşdırılması, rəqəmsal həllərin tətbiqi və regionlarda ipoteka imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayevin sözlərinə görə, fond vətəndaşların ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.
Mövzular: