Ərdoğan Mirziyayevi COP31-ə dəvət etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə telefon danışığı aparıb.
Ajans.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə–Özbəkistan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan iki ölkə arasında əməkdaşlığın hər keçən gün daha da dərinləşdiyini bildirib. O, yanvar ayında keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra münasibətlərin inkişafı üçün yeni yol xəritəsinin müəyyənləşdirildiyini xatırladıb və Özbəkistana planlaşdırdığı səfər çərçivəsində keçiriləcək görüşlərin bu dinamikanı daha da gücləndirəcəyinə ümid etdiyini vurğulayıb.
Mövzular: