BMW işıq dirəyinə çırpılıb AŞDI: Xəsarət alan var
Neftçala rayonunun Bankə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Neftçala rayonunun Bankə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, ilkin məlumata görə, BMW markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarında yerləşən işıq dirəyinə çırpılıb, daha sonra yoldan çıxaraq kənara aşıb.
Qəza zamanı sürücü ağır bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır. (bizim.media)
Mövzular: