Reklam resmi
Reklam resmi

Bu ölkədə tanınmış siyasətçinin həyat yoldaşı və qızı BOĞULDU

Bu ölkədə tanınmış siyasətçinin həyat yoldaşı və qızı BOĞULDU
Dünya

Böyük Britaniyada ana və 15 yaşlı qızı boğulmaqda olan uşağı xilas etməyə çalışarkən həyatını itirib.

Ajans.az Daily Mail qəzetinə istiandən xəbər verir ki, hadisə iyulun 22-də axşam saatlarında Esseks qraflığının Kolçester şəhəri yaxınlığındakı çimərlikdə baş verib.

Bildirilib ki, 40 yaşlı müəllimə Şelina Rəhman ailə üzvləri ilə birlikdə istirahət edərkən qohumu olan 7 yaşlı uşaq dənizdə təhlükə ilə üzləşib. Uşağı xilas etmək üçün suya girən Şelina Rəhman və onun 15 yaşlı qızı Samiha dalğaların təsiri ilə boğulublar.

Ana və qızın həyatını xilas etmək mümkün olmayıb. Xilas etməyə çalışdıqları uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə zamanı çimərlikdə olan daha iki nəfərin də xəsarət aldığı bildirilir.

Sonradan məlum olub ki, Şelina Rəhman Banqladeş Milliyyətçi Partiyasının gənclər qanadının lideri, tanınmış siyasətçi Mənsur Rəhmanın həyat yoldaşı olub.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem faciə ilə bağlı başsağlığı verərək hadisəni "çox kədərli" adlandırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Böyük Britaniya

Digər Xəbərlər