İran Amazonun məlumat mərkəzini VURDU
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Bəhreyndə yerləşən Amazon məlumat mərkəzinə zərbə endirdiyini iddia edib.
Ajans.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, İİKK obyektin "tamamilə məhv edildiyini" və onun ABŞ üçün kəşfiyyat məlumatlarının toplanması məqsədilə istifadə olunduğunu bildirib.
Bundan əvvəl də İİKK sözügedən obyektə hücum həyata keçirildiyini açıqlamışdı.
Hələlik Amazon şirkəti və Bəhreyn hakimiyyəti İranın bu iddiaları ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, məlumat müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Mövzular: