Reklam resmi
Reklam resmi

ABŞ-də TikTok ulduzuna ÖMÜRLÜK HƏBS VERİLDİ

ABŞ-də TikTok ulduzuna ÖMÜRLÜK HƏBS VERİLDİ
Dünya

ABŞ-nin Ohayo ştatında məhkəmə iki nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı TikTok fenomeni Makkenzi Şirillanın apellyasiya şikayətini rədd edib. O, ikiqat qətldə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə 31 iyul 2022-ci ildə Strongsville şəhərində baş verib. İstintaqın qənaətinə əsasən, həmin vaxt 17 yaşında olan Makkenzi Şirilla idarə etdiyi Toyota Camry markalı avtomobili yüksək sürətlə yol kənarındakı binaya çırpıb.

Bildirilir ki, avtomobil toqquşma anında saatda təxminən 100 mil (təxminən 160 km/saat) sürətlə hərəkət edirdi.

Qəza nəticəsində avtomobildə olan 20 yaşlı Dominik Russo və 19 yaşlı Davion Flanaqan hadisə yerində ölüb. Ağır yaralanan Makkenzi Şirilla isə sağ qalan yeganə şəxs olub və çoxsaylı sınıqlarla xəstəxanaya çatdırılıb.

İstintaqın versiyasına görə, qəza qəsdən törədilib. Məhz bu səbəbdən məhkəmə Şirillanı ikiqat qətldə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

Buna baxmayaraq, Makkenzi Şirilla günahsız olduğunu iddia edir. O bildirib ki, heç kimi öldürmək niyyətində olmayıb və hadisə baş verən səhərin təfərrüatlarını xatırlamır.

Qeyd edək ki, Makkenzi Şirilla sosial şəbəkə platforması TikTok-da tanınan simalardan biri olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Ohayo ştatı

Digər Xəbərlər