Reklam resmi
Reklam resmi

Türkiyə-Yunanıstan münasibətlərində GƏRGİNLİK

Türkiyə-Yunanıstan münasibətlərində GƏRGİNLİK
Siyasət

Yunanıstanın İsraildən yeni silah sistemləri alması Türkiyəyə yönəlmiş xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər.

Bu barədə Ajans.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Afinanın atdığı addımlar Türkiyənin bölgədəki hərbi üstünlüyünə qarşı mövqe nümayiş etdirmək məqsədi daşıyır:

“Xəbərdarlıq mesajı olma özəlliyi var, əlbəttə ki. Afina bu məsələlərlə bağlı Türkiyənin regional hərbi üstünlüyünə qarşı mövqe ortaya qoymaq istəyir. Türkiyənin raket və PUA gücünə qarşı bunu çəkindirici güc nümayişi kimi oxumaq lazımdır. Eyni zamanda Yunanıstan-İsrail-Kipr oxunun Türkiyəyə qarşı bölgədə geosiyasi ittifaq yaratmaq istədiyini göstərir”.

Politoloq hesab edir ki, hazırkı şəraitdə iki NATO üzvü arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil:

“Əlbəttə, təhlükəsizlik baxımından bu addımlar gözlənilən idi. Çünki hər iki ölkə NATO üzvüdür və aralarında ciddi hərbi fərq var. Daha çox lokal hərbi insidentlər mümkündür, nəinki genişmiqyaslı müharibə. Egey və Aralıq dənizində gərginliyin artması ehtimalı daha yüksəkdir. Orada adalar məsələsi var. Ankara həmin adaların silahlandırılmasına çox sərt reaksiya verir və bunu Lozanna və Paris müqavilələrinə əsaslandırır. Bu məsələ gələcəkdə narazılıq mənbələrindən biri olaraq qalacaq”.

Politoloqun sözlərinə görə, Yunanıstan son illər müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırır:

Yunanıstan 2035-ci ilə qədər hərbi arsenalını yeniləmək üçün 28 milyard dollar ayırıb. Buraya F-35 qırıcıları və Fransadan alınacaq ‘Belharra’ freqatları da daxildir. Ölkə ümumi daxili məhsulunun təxminən 4 faizini müdafiə xərclərinə yönəldir və çalışır ki, Türkiyənin hava və raket üstünlüyünü tarazlaşdırsın”.

Bununla belə, Əziz Əlibəyli hesab edir ki, Türkiyənin müdafiə sənayesində əldə etdiyi üstünlüyü qısa müddətdə aradan qaldırmaq mümkün görünmür:

Türkiyənin milli müdafiə sənayesi kifayət qədər inkişaf edib. Yunanıstanın bu qədər böyük maliyyə yükünü uzunmüddətli şəkildə daşıması və Türkiyənin üstünlüyünü tam balanslaşdırması isə real görünmür”.

Mələksəda Ziyad

Mövzular:
Yunanıstan Türkiyə İsrail

Digər Xəbərlər