Mikayıl Cabbarov Peter Singr ilə görüşdü
Azərbaycan və Çexiya aqrar-sənaye, kimya və enerji sahələrində əməkdaşlığı müzakirə edib.
Ajans.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında bildirib:
"Çexiyanın aqrar-sənaye sahəsində ixtisaslaşmış "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşdə bu ölkə ilə biznes əlaqələrini, ölkəmizin investisiya potensialını və işgüzar müstəvidə birgə fəaliyyətin təşkili məsələlərini vurğuladıq. Aqrar-sənaye, kimya sənayesi və enerji sektorunda əməkdaşlıq imkanlarını müzakirə etdik".
Mövzular: