Reklam resmi
Reklam resmi

Peşə təhsili müəssisələrinə qəbula start verilib

Peşə təhsili müəssisələrinə qəbula start verilib
Cəmiyyət

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.

Ajans.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, qəbul prosesinin ilk mərhələsində abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər.

İlqar Bayramlı qeyd edib ki, abituriyentlər avqustun 5-dək ixtisas seçimi edə biləcəklər.

"Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini təqdim etməlidirlər", – deyə o bildirib.

O qeyd edib ki, bu ildən peşə məktəblərində əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas tədris olunacaq: "Həmin ixtisaslar geodeziya və kartoqrafiya, satınalmaların təşkili, qida emalı texnologiyaları, istixana operatoru, çörək ustası olacaq: “Qəbul planının 44%-i (14 580 yer) iqtisadiyyat, xidmət, informasiya texnologiyaları istiqamətini əhatə edir. Ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri çilingəri və bitkiçilik mütəxəssisi yer alır”.

İlqar Bayramlı bildirib ki, peşə təhsili müəssisələrində qəbul planının 74 faizi dövlət sifarişli, 26 faizi isə ödənişli əsaslarla ayrılıb: "Ödənişli əsaslarla təhsil alanlar üçün illik təhsil haqları təhsil səviyyəsindən asılı olaraq dəyişir. Belə ki, ilk peşə təhsili səviyyəsində illik təhsil haqqı 500-800 manat, texniki peşə təhsili səviyyəsində 500-1700 manat, yüksək texniki peşə təhsili səviyyəsində isə 1280-2700 manat arasında müəyyənləşdirilib".

İlqar Bayramlı qeyd edib ki, sertifikat proqramları üzrə təhsil haqları isə 2500-6000 manat arasında dəyişir.

Mövzular:
Peşə təhsil müəssisə qəbul

Digər Xəbərlər