Reklam resmi
Reklam resmi

Rubio: İran ABŞ ilə danışıqlara ciddi yanaşmır

Rubio: İran ABŞ ilə danışıqlara ciddi yanaşmır
Dünya

ABŞ dövlət katibi Marko Rubio İranın Vaşinqtonla aparılan danışıqlara ciddi yanaşmadığını bildirib. 

Ajans.azxəbər verir ki, o, bu barədə ASEAN ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirdə danışıb.

Rubio qeyd edib ki, ABŞ öz maraqlarını və müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi bütün addımları atmağa hazırdır. “Problem ondadır ki, hazırda onlar (İran) danışıqlara ciddi yanaşmırlar. Əgər onlar ciddi yanaşsalar, biz də ciddi yanaşacağıq”, - deyə ABŞ dövlət katibi bildirib.

Qeyd edək ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-ın ölkənin nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə sərt cavab veriləcəyini bəyan etmişdi.

Mövzular:
ABŞ İran

Digər Xəbərlər