Reklam resmi
Reklam resmi

Livan İsrailə qarşı yeni mərhələyə keçdi

Livan İsrailə qarşı yeni mərhələyə keçdi
Dünya

Livanın Baş naziri Nəvaf Salam bildirib ki, ölkə hökumətinin əsas məqsədi İsrail qoşunlarının Livan ərazisindən tam çıxarılmasına nail olmaqdır.

Ajans.az xəbər verir ki, Baş nazir bu açıqlamanı İsrail hərbçilərinin geri çəkildiyi Zutar əl-Qərbiyyə şəhərinə səfəri zamanı verib. O, şəhər meriyasının qarşısında Livan bayrağını qaldırıb.

"Livan hökuməti işğala son qoymağı milli prioritet hesab edir. Biz bu yolun yalnız başlanğıcındayıq, lakin İsrail qoşunlarının ölkəmizin bütün ərazisindən çıxarılması üçün bütün diplomatik imkanlardan istifadə edəcəyik", – deyə Salam bildirib.

Baş nazir qeyd edib ki, hökumət artıq sakinlərin doğma yurdlarına qayıtmasını təmin etmək üçün zəruri tədbirlərə başlayıb. Onun sözlərinə görə, Livan ordusu bölgədə təhlükəsizliyi təmin edir, eyni zamanda yolları və dağıntıları təmizləyərək əhalinin evlərinə təhlükəsiz şəkildə qayıtmasına şərait yaradır.

Salam vurğulayıb ki, vətəndaşların öz torpaqlarına qayıtması Livanın birliyinin və suverenliyinin bərpasının simvoludur.

İsraillə əldə olunan razılaşmaya əsasən, Zutar əl-Qərbiyyə ölkənin cənubunda yaradılan ilk "pilot zona"nın mərkəzi olacaq. Gözlənilir ki, burada yerləşdirilən Livan ordusu bölgədə sabitliyi təmin edəcək və şiə hərəkatı "Hizbullah"ın tərəfdarlarının tərksilahı istiqamətində fəaliyyət göstərəcək.

author picture
Leyla Bayandurlu
Mövzular:
Livan İsrail

Digər Xəbərlər