Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 54,219 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Ajans.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 2,522 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 1,189 milyon kVt/saat və ya 2,2%, dəyər ifadəsi ilə isə 115 min ABŞ dolları, yaxud 4,8% artıb.
Mövzular: