Azərbaycan süddən hazırlanmış yağların idxalını 3 % azaldıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrdən 13 min 165 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Ajans.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 82 milyon 704 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 390 ton (2,9 %), dəyər baxımından isə 11 milyon 897 min ABŞ dolları (12,6 %) azdır.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1 %-ni təşkil edib.
Mövzular: