Reklam resmi
Reklam resmi

Hibrid avtomobillər elektrikliləri GERİDƏ QOYDU

Hibrid avtomobillər elektrikliləri GERİDƏ QOYDU
İqtisadiyyat

2026-cı ilin lik 6 ayıbda Azərbaycana 33 772 avtomobil idxal edilib.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin 2026-cı ilin yanvar-iyun ayları üzrə xarici ticarət statistikasında bildirilib.

Məlumata görə, idxal olunan avtomobillərin statistik dəyəri 675 milyon 957 min 610 ABŞ dolları təşkil edib.

Hesabat dövründə ölkəyə 29 min 637 minik avtomobili, 3 min 420 yük avtomobili və 371 ədəd sürücü daxil olmaqla 10 və daha çox sərnişin daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi gətirilib.

Eyni zamanda, idxal edilən minik avtomobilləri arasında 7 min 201 ədəd xaricdən enerji ilə doldurulan hibrid, 3 min 204 ədəd daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə təchiz edilmiş hibrid və 547 ədəd yalnız elektrik mühərriki ilə hərəkət edən avtomobil olub.

Beləliklə, ilk altı ayda ölkəyə idxal edilən xaricdən doldurulan hibrid avtomobillərin sayı tam elektrik avtomobillərinin sayını təxminən 13 dəfə üstələyib.

Mələksəda Ziyad

Mövzular:
Dövlət Gömrük Komitəsi Hibrid İdxal

Digər Xəbərlər