Milli Mətbuat Günündə bu bürclərdən olan jurnalistlər şad xəbər alacaqlar
Məlum olduğu kimi, Azərbaycanda hər il 22 iyul Milli Mətbuat Günü kimi qeyd olunur.
Ajans.az xəbər verir ki, bu əlamətdar gün ərəfəsində astroloqlar xüsusilə 4 bürc altında doğulan jurnalistlər üçün sevindirici proqnozlar açıqlayıblar.
Bildirilir ki, sabah bu bürclərin nümayəndələri peşə fəaliyyətləri ilə bağlı xoş xəbər almaq ehtimalı yüksək olan şəxslər sırasında yer alırlar.
Oğlaq bürcü nümayəndələrinin zəhmətinin bəhrəsini görəcəyi bildirilir. Astroloqlar hesab edirlər ki, bu bürcdə doğulan jurnalistlər əməkhaqqı artımı, yeni vəzifə, gəlirli sifariş və ya peşəkar fəaliyyətləri ilə bağlı sevindirici xəbər ala bilərlər.
Şir bürcü altında doğulan jurnalistlər üçün isə sabah karyera baxımından uğurlu gün hesab olunur. Onların yeni əməkdaşlıq təklifi alması, rəhbərlik tərəfindən qiymətləndirilməsi, mükafatlandırılması və ya uzun müddətdir gözlədikləri layihənin təsdiqlənməsi ehtimal edilir.
Əqrəb bürcü nümayəndələri isə yaradıcılıq baxımından uğurlu gün keçirə bilərlər. Astroloqlar onların hazırladıqları materialların geniş auditoriya qazanacağını, yeni imkanlarla qarşılaşacaqlarını və peşəkar uğurlarına töhfə verəcək xəbərlər eşidəcəklərini bildirirlər.
Xərçəng bürcü altında doğulan media nümayəndələri üçün yeni tanışlıqlar və uğurlu əməkdaşlıqlar ön plana çıxır. Onların nüfuzlu şəxslərlə əlaqələrinin genişlənməsi, maraqlı layihələrə dəvət alması və ya uzun müddətdir gözlədikləri cavabı əldə etməsi ehtimal olunur.
Milli Mətbuat Günü münasibətilə bu dörd bürc altında doğulan jurnalistlər üçün sabahın daha uğurlu keçəcəyi ehtimal olunur.
22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, onlara obyektiv qələm, yeni uğurlar və daim xoş xəbərlər arzulayırıq.