Reklam resmi
Reklam resmi

Tramp sosial şəbəkələrin qaydalarını dəyişmək istəyir

Tramp sosial şəbəkələrin qaydalarını dəyişmək istəyir
Dünya

ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT Baş Assambleyasında Avropa İttifaqının sosial media qaydaları ilə ziddiyyət təşkil edən söz azadlığına dair beynəlxalq bəyannamənin qəbuluna çalışır.

Ajans.az xəbər verir ki, bu barədə Politico nəşrinə istinadən Bild məlumat yayıb.

Məlumata görə, hələlik ictimaiyyətə açıqlanmayan sənəd layihəsində bildirilir ki, ifadələr birbaşa zorakılığa çağırış etmədiyi halda, artıq "dezinformasiya", "yalan məlumat" və ya "nifrət nitqi" kimi qiymətləndirilərək cəzalandırılmamalıdır.

Layihəyə əsasən, internet platformalarının bu cür məzmunu müstəqil şəkildə yoxlaması və silməsi də tələb olunmayacaq.

Nəşr qeyd edir ki, bu yanaşma Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (Digital Services Act) əsas müddəaları ilə ziddiyyət təşkil edir. Həmin qanun böyük onlayn platformaları dezinformasiya, qanunsuz məzmun və seçki prosesinə müdaxilə risklərinə qarşı tədbirlər görməyə öhdəlikləndirir.

Bildirilir ki, Vaşinqton artıq sənəd layihəsini bir sıra ölkələrə təqdim edib və onun sentyabr ayında keçiriləcək BMT Baş Assambleyası çərçivəsində imzalanmasına nail olmağa çalışır.

Avropa Parlamentinin "Yaşıllar" fraksiyasının üzvü Aleksandra Gize təşəbbüsü "teatr" və "tüstü pərdəsi" adlandırıb. Bununla belə, bəzi Avropa rəsmiləri Tramp administrasiyasının bu təşəbbüsdən istifadə edərək Avropa İttifaqının digər rəqəmsal qanunvericiliyinə də təsir göstərməyə çalışacağından narahat olduqlarını bildiriblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Donald Tramp ABŞ sosial şəbəkələr

Digər Xəbərlər