Reklam resmi
Reklam resmi

Hindistanda leysan yağışları nəticəsində  19 nəfər ÖLÜB

Hindistanda leysan yağışları nəticəsində  19 nəfər ÖLÜB
Dünya

Hindistanın şimalında leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.

Ajans.az xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.

Məlumata görə, CammuKəşmir ittifaq ərazisində təbii fəlakət nəticəsində 11 nəfər ölüb. Güclü yağışlar Punç və Racuri sərhəd dairələrində torpaq sürüşmələrinə və selə səbəb olub. Bir neçə nəfər itkin düşmüş hesab olunur, onların axtarış-xilasetmə əməliyyatı davam edir.

Məcrasından çıxan çaylar alçaq əraziləri su altında qoyub. Punç şəhərində onlarla avtomobil sel suları ilə aparılıb, çoxsaylı nəqliyyat vasitələri isə hələ də su altında qalıb.

Naqalend ştatında isə ilkin məlumata əsasən, torpaq sürüşməsi səkkiz nəfərin, o cümlədən uşaqların həyatına son qoyub. Dağıntılar altından dörd nəfərin meyiti çıxarılıb, axtarış-xilasetmə işləri davam etdirilir. Torpaq sürüşməsi nəticəsində bir neçə yaşayış evi dağılıb.

Hindistan Meteorologiya Xidmətinin proqnozuna əsasən, ölkənin şimal bölgələrində mülayim və güclü yağışların ən azı iyulun 23-dək davam edəcəyi gözlənilir. Bununla əlaqədar yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Mövzular:
Hindistan Cammu Kəşmir leysan yağışları

Digər Xəbərlər