Reklam resmi
Reklam resmi

Argentina niyə tənqid hədəfinə çevrildi?

Argentina niyə tənqid hədəfinə çevrildi?
Dünya

2026-cı il Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində qələbədən sonra Argentina millisi və azarkeşləri sosial şəbəkələrdə geniş tənqidlərə məruz qalıb. Minlərlə istifadəçi komandanın oyunları və azarkeşlərin davranışı ilə bağlı narazılığını ifadə edib.

Ajans.az xəbər verir ki, tənqidlərə səbəb olan əsas məqamlardan biri Buenos-Ayresdə keçirilən qələbə yürüşü olub.  Xarici KİV-in məlumatına görə, bəzi azarkeşlər küçələrdə İngiltərə bayraqlarını yandırıb, üzərində "Union Jack" təsviri olan tabut nümayiş etdiriblər.

Bundan əvvəl Misir millisi ilə keçirilən oyundan sonra da mübahisələr yaşanmışdı. Argentina 0:2 hesabı ilə geridə olduğu görüşdə 3:2 hesablı qələbə qazanıb. Misir millisinin baş məşqçisi matçın hakim idarəçiliyini tənqid edərək görüşün qərəzli olduğunu iddia edib. Oyunun baş hakimi Fransua Leteksye isə sosial şəbəkələrdə ünvanına yönələn təhdidlərdən sonra hesablarını bağlayıb.

İsveçrə ilə dörddəbir final qarşılaşması da müzakirələrə səbəb olub. VAR baxışından sonra argentinalı Leandro Paredesə göstərilən sarı vərəqə ləğv edilib, əvəzində İsveçrə millisinin hücumçusu Bril Emboloya simulyasiyaya görə xəbərdarlıq verilib. Bu qərar İsveçrə tərəfinin narazılığına səbəb olub.

İngiltərə ilə oyundan sonra ABŞ-ın Atlanta şəhərində də azarkeşlər arasında insident yaşanıb. Yerli polis bir neçə nəfəri saxlayıb.

Bundan başqa, məşhur internet yayımçısı IShowSpeed İngiltərə millisinin formasında stadionda olarkən Argentina azarkeşlərinin aqressiv davranışı ilə üzləşdiyini bildirib. İddialara görə, onun üzərinə müxtəlif əşyalar atılıb və təhqiramiz şüarlar səsləndirilib.

Qalmaqala səbəb olan digər hadisə isə Argentina futbolçularının matçdan sonra üzərində "Malvin adaları Argentinaya məxsusdur" yazılmış banner nümayiş etdirməsi olub. Xarici KİV-in məlumatına görə, FIFA bu hadisə ilə bağlı araşdırmaya başlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
2026 FİFA Dünya Kuboku Argentina

Digər Xəbərlər