Reklam resmi
Reklam resmi

Dünyada İLK: Həbsxanaların mühafizəsinə timsahlar cəlb edilir

Dünyada İLK: Həbsxanaların mühafizəsinə timsahlar cəlb edilir
Dünya

İsraildə həbsxanaların təhlükəsizliyini artırmaq məqsədilə onların ətrafındakı xəndəklərdə timsahlardan istifadə edilməsi təklif olunub.

Ajans.az The Jerusalem Post nəşrinə istinadən xəbər verir ki, ölkənin ətraf mühitin mühafizəsi naziri İdit Silman Nil timsahlarının hüquqi statusunu dəyişdirərək onları "becərilən vəhşi heyvanlar" kateqoriyasına daxil edib. Bu addım Milli Həbsxana Xidmətinə sürünənlərdən təhlükəsizlik məqsədilə istifadə etmək imkanı yaratmağı hədəfləyir.

Təşəbbüs İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdən gəlib. O, xüsusilə yüksək təhlükəsizlik rejimli məhbusların saxlanıldığı həbsxanaların ətrafındakı xəndəklərə timsahların yerləşdirilməsini təklif edib. Pilot layihənin Ketziot həbsxanasında həyata keçirilməsi planlaşdırılır.

Lakin İsrailin Təbiət və Parklar İdarəsi bu ideyaya etiraz edib. Qurum bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, vəhşi heyvanlar yalnız təhsil, elmi tədqiqat və maarifləndirmə məqsədilə saxlanıla bilər, təhlükəsizlik məqsədilə isə istifadə oluna bilməz.

Bununla əlaqədar nazir İdit Silman kommersiya məqsədilə timsah yetişdirilməsinə icazə verən əvvəlki qaydanın bərpasını və təhlükəsizlik məqsədilə saxlanılan heyvanlar üçün ayrıca hüquqi kateqoriyanın yaradılmasını təklif edib.

Nazirliyin hüquq müşaviri Neta Drori isə hesab edir ki, belə dəyişiklik yalnız geniş qanunvericilik islahatı ilə mümkün ola bilər. O, həmçinin qeyd edib ki, müasir dövrdə həbsxanaların qorunması üçün timsahlardan istifadəyə dair dünyada təsdiqlənmiş presedent yoxdur.

Rəsmilər əlavə ediblər ki, həbsxana əməkdaşlarının təhlükəli yırtıcılarla işləmək təcrübəsi yoxdur və bu cür layihə əlavə təhlükəsizlik riskləri yarada bilər.

Məsələnin yaxın vaxtlarda İsrailin Təbiət və Parklar İdarəsinin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Həbsxanalar timsah

Digər Xəbərlər