İstanbul sahillərində müəmmalı PUA TAPILDI
Türkiyənin İstanbul şəhərinin Karaburun sahillərində partlayıcı maddə daşıdığı ehtimal edilən pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb.
Ajans.az xəbər verir ki, bu barədə İHA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə cəlb olunan dəniz xüsusi təyinatlı qüvvələrinin mütəxəssisləri PUA-nın qalıqlarını nəzarətli partlayış yolu ilə zərərsizləşdiriblər.
Hazırda pilotsuz uçuş aparatının hansı ölkəyə məxsus olduğu və mənşəyi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Qeyd olunur ki, son dövrlərdə Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun, Trabzon və Kastamonu vilayətlərində də oxşar pilotsuz uçuş aparatlarının qalıqları aşkar edilib.
Tapılan qalıqların texniki ekspertizadan keçirilməsi üçün Ankaraya göndərildiyi bildirilib.
Mövzular: