Keir Starmer baş nazir postu ilə VİDALAŞDI
Böyük Britaniyanın Baş naziri Keir Starmer vəzifəsini başa vurduğunu açıqlayaraq hökumət rəhbəri postu ilə vidalaşıb.
Ajans.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
Vida çıxışında Starmer qarşısına qoyduğu əsas hədəfləri yerinə yetirdiyini vurğulayıb.
"Mənim işim bitdi", – deyə o bildirib.
Siyasi fəaliyyətini dəyərləndirən Starmer qeyd edib ki, Leyborist Partiyasına rəhbərlik etdiyi altı il yarım ərzində 2019-cu il seçkilərindəki tarixi məğlubiyyətdən sonra partiyanı yenidən hakimiyyətə hazırlamağa və 2024-cü il parlament seçkilərində qələbə qazanmağa nail olub.
O bildirib ki, baş nazir olduğu müddətdə hökumət uşaq yoxsulluğunun azaldılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və Böyük Britaniyanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Starmer həmçinin milli birliyin qorunmasının əsas prioritet olaraq qaldığını vurğulayaraq, Böyük Britaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini bildirib.
Çıxışının sonunda o, yeni baş nazir Endi Börnemə uğurlar arzulayıb.
"Vəzifəmi ləyaqətlə, təbəssümlə və əldə etdiklərimizə görə qürur hissi ilə tərk edirəm. Çox sağ olun", – deyə Starmer qeyd edib.