Reklam resmi
Reklam resmi

Bu ölkə İsrail vətəndaşlarını ölkədən deportasiya EDƏCƏK

Bu ölkə İsrail vətəndaşlarını ölkədən deportasiya EDƏCƏK
Dünya

Malayziyanın Baş naziri Ənvər İbrahim ölkədə aşkar ediləcək İsrail vətəndaşlarının dərhal deportasiya olunacağını bəyan edib.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama Forest City layihəsində inşa edilən özəl yaşayış kompleksinin tikintisində İsrail vətəndaşlarının iştirakına dair yayılan xəbərlərdən sonra verilib.

Baş nazir bildirib: "Əgər hər hansı İsrail vətəndaşı aşkar etsək, onu dərhal deportasiya edəcəyik. Çünki Malayziya İsraili tanımır."

Malayziya ilə İsrail arasında diplomatik münasibətlər olmadığından, İsrail pasportu daşıyan şəxslərin ölkəyə xüsusi icazə olmadan daxil olması mümkün deyil.

Qeyd edək ki, bir gün əvvəl yerli hakimiyyət orqanları Forest City layihəsində ikili vətəndaşlığa malik İsrail vətəndaşlarının iştirakına dair iddiaların araşdırılması barədə göstəriş vermişdi.

author picture
Leyla Bayandurlu
Mövzular:
Malayziya İsrail

Digər Xəbərlər