ABŞ Trampın şəkli olan qızıl sikkə buraxacaq
Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250 illiyi münasibətilə ABŞ Zərbxanası üzərində ABŞ prezidenti Donald Trampın təsviri olan yeni 1 dollarlıq qızıl sikkə zərb etməyə başlayacaq.
Ajans.az-ın məlumatına görə, bu barədə ABŞ Maliyyə Naziri Skott Besant özünün X hesabında yazıb.
"Amerika müstəqilliyinin 250 illiyini qeyd etmək üçün ABŞ Zərbxanası azadlıq irsinin və vətənpərvərliyin əbədi simvolunun şərəfinə yeni 1 dollarlıq qızıl sikkə zərb etməyə başlayacaq" - o, bildirib.
Mövzular: