ABŞ-nin İrana hücumlarında ölənlərin sayı 35-ə çatıb
ABŞ-ın İrana yeni zərbələri nəticəsində ölənlərin sayı 35-ə çatıb, ən azı 300 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur X sosial şəbəkəsində yazıb.
"Bu gün saat 12:00-a olan məlumata görə, hücumlar nəticəsində ölənlərin sayı 300-ü keçib. Təəssüf ki, 35 həmvətənimiz dünyasını dəyişib. Ölənlər arasında iki qadın və 18 yaşdan kiçik bir yeniyetmə var", - deyə o yazıb.
Mövzular: