Reklam resmi
Reklam resmi

Türkiyədə FACİƏVİ HADİSƏ: Onlarla yaralı var

Türkiyədə FACİƏVİ HADİSƏ: Onlarla yaralı var
Dünya
355

Türkiyənin Amasya vilayətinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, İstanbuldan Orduya hərəkət edən avtobus Sarıköy qəsəbəsi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşaraq qəzaya uğrayıb.

Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə qəza Amasya vilayəti

Digər Xəbərlər