ABŞ-nin neft ehtiyatları azalıb
ABŞ Energetika Nazirliyinin həftəlik hesabatına əsasən, iyulun 10-da başa çatan həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 1,693 milyon barel azalaraq 409,7 milyon barelə enib.
Ajans.az xəbər verir ki, hesabata görə, sözügedən dövrdə benzin ehtiyatları 1,533 milyon barel azalıb, distillat (dizel və mazut daxil olmaqla) ehtiyatları isə 4,556 milyon barel artıb.
"Trading Economics"in məlumatına görə, analitiklər orta hesabla neft ehtiyatlarının 2,6 milyon barel, benzin ehtiyatlarının isə 800 min barel azalacağını proqnozlaşdırırdılar. Eyni zamanda, distillat ehtiyatlarının təxminən 100 min barel artacağı gözlənilirdi.
Mövzular: