"PayPal" 53 milyard dollara satıla bilər
ABŞ-nin "Stripe" ödəniş xidməti və "Advent International" özəl investisiya şirkəti birlikdə "PayPal"ı 53 milyard dollardan çox məbləğə satın almağı nəzərdən keçirirlər. "Stripe" və "PayPal"ın birləşməsi təxminən 1.9 trilyon dollar illik dövriyyəsi olan dünyanın ən böyük ödəniş operatorunun yaranmasına səbəb ola bilər.
Ajans.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iyul ayında daxil olmuş təklifə əsasən, şirkətlər ödəniş xidmətinə bərabər paylarla sahib olmağı planlaşdırırlar. "Stripe" və "Advent International"ın "PayPal"ı almağı nəzərdən keçirdiyi bir səhmin qiyməti 60.5 dollar təşkil edir ki, bu da son bağlanış qiymətindən 28 faiz çoxdur.
Mövzular: