Reklam resmi
Reklam resmi

Ceyhun Bayramov Rusiyaya getdi

Ceyhun Bayramov Rusiyaya getdi
Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-da Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində iyulun 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlərin və qarşılıqlı maraq doğuran regional mövzuların müzakirə ediləcəyi gözlənilir.

Mövzular:
Ceyhun Bayramov Nazir Rusiya səfər

Digər Xəbərlər